Ödəniş Sisteminin rəsmi bloqu
Ödəniş Sisteminin rəsmi bloqu

Azərbaycanda ilk dəfə ödəniş BOT-u E-Pul.az-da

     “PAYSİS” MMC müasir texnologiyaların inkişafına və müştəri məmnuniyyətinin artırılmasına xüsusi önəm verərək, növbəti yeniliyini təqdim etdi. Beləliklə, mobil, stasionar və ya kommunal ödənişlərin təcili yerinə yetirilməsi üçün artıq şəxsi məlumatlara çıxış tələb edən xüsusi proqramlara və saytların əlverişsiz mobil veb interfeysinə ehtiyac yoxdur. Facebook Messenger istifadəçiləri E-Pul.az ödəniş sisteminin yeni E-Pul.az Mesencer-Bot-u ilə ünsiyyət qurub, onun vasitəsi ilə Mobil, Kommunal ödənişləri yerinə yetirə bilər, həmçinin,  xidmət ilə bağlı suallarını verə bilərlər.

     E-Pul.az Bot-unu şəkildəki QR kod ilə dostluğa əlavə etmək olar. Bu, İOS üçün sadəcə kamera, Android üçün xüsusi proqram ilə şəklini çəkməklə reallaşır və ya Messenger əlavəsində E-Pul.az səhifəsini axtarış hissəsindən taparaq, ora keçid etmək lazımdır. “Əsas Menyu” hissəsindən “Mobil Ödənişlər”, “Stasionar telefon” və ya “Kommunal ödənişlər” etmək mümkündür.

      PAYSIS MMC-nin Mətbuat xidmətindən verilən məlumata əsasən, yaxın gələcəkdə BOT tətbiqində, Masterpass xidməti mövcud olacaq, həmçinin BOT Telegram, Viber və WhatsApp kimi tətbiqlərə integrasiya olunacaq.

    Azərbaycanda banklardan biri pul köçürmələri üzrə BOT-la təmin edilib, bütövlükdə isə ödəniş botu texnologiyası əvvəllər bazarda tətbiq olunmayıb.