CVV/3ds daxil etmədən ödənişi daha tez edin



Dəyərli istifadəçilər, Sizin rahatlığınız üçün E-Pul.az yeni funksiya tətbiq etmişdir.
Belə ki,  plastik kartınızı E-Pul.az saytında qeyd etmisinizsə, mobil tətbiqlə Sizə təqdim edilən bütün ödənişləri artıq kartın arxasındakı 3 rəqəm (CVV/CVC) kodunu və birdəfəlik 3ds şifrəsini daxil etmədən yerinə yetirə bilərsiniz.
Bunun üçün Siz Profilinizdə Təhlükəsizlik bölümünə daxil ola və yaxud Kartlar Siyahısından müvafıq düymədən istifadə edə bilərsiniz.

www.epul.az