Kartdan-Karta xidmətində valyuta seçimi


Dəyərli istifadəçilər!  EPUL.az-da Kartdan-Karta xidməti daha da genişləndi. Rahatlığınıza şərait yaradan bu xidmətdə indi valyuta seçmək imkanınız olacaq.

Belə ki, əvvəllər Kartdan-Karta xidmətində yalnız AZN istifadə edirdinizsə, indi isə USD ilə də mümkün olacaq.

Qeyd edək ki, bu funksiyadan sayt vasitəsilə və İOS əməliyyat sistemli telefonlarda istifadə etmək mümkündür.

Məlumat üçün bildirək ki, yaxın zamanlarda bu funksiya Android əməliyyat sistemli telefonlarda da aktiv olacaq.

Kartdan-karta xidmətinin komissiyası 1,5%, minimum 1 AZN təşkil edir.