E-Pul.az yeni kampaniyaya start verdi


 

Xidmətlərimizdən daha rahat və faydalı istifadə etmək məqsədi ilə start verdiyimiz yeni kampaniyamız Pul Kisəsi xidmətinə şamil olunur. 11.12.2017-13.01.2018-ci il tarixlərini əhatə edən kampaniyamızdan yalnız identifikasiyadan keçməyən istifadəçilər yararlana bilər. Pul Kisəsinə sahib olan istifadəçilərimiz bu xidmətlə yerinə yetirdikləri hər bir ödənişə görə (bank xidməti istisna olmaqla) 2 qat Bonusa sahib olacaqlar.

Məlum olduğu kimi, E-Pul.az tərəfindən təqdim olunan Pul Kisəsi xidməti üzrə 2 tarif planı mövcuddur: Standart və Premium. Standart tarif planında maksimum balans 50 AZN/USD, istifadə limiti isə 1000 AZN/USD təşkil edir. Məhz Standart tarif planı üzrə Pul Kisəsinə sahib olanlar kampaniyamızdan istifadə edərək 2 qat Bonusa sahib olacaqlar.

Pul Kisəsi yaradın və E-Pul.az-ın təqdim etdiyi üstünlüklərdən yetərincə yararlanın.