Cash By Code ilə nağdlaşdırma


 

İstifadəçilərin ödənişinə münbit şərait yaradan E-Pul platforması Cash By Code xidmətini təqdim edir. Xidmətin özünəməxsus cəhəti ondan ibarətdir ki, Cash By Code xidməti ilə kartınız olmasa belə, E-Pul.az-ın təqdim etdiyi xidmətlərdən istifadə edə bilərsiniz. Belə ki, Siz E-Pul istifadəçisi olan dostunuza müraciət edərək, müəyyən məbləği ondan Cash By Code vasitəsi ilə köçürməyi istəyə bilərsiniz. Digər istifadəçi həmin məbləği göndərərkən, Bank of Bakuya məxsus olan ATM-lərdən bu məbləği məxaric edə bilərsiniz.

Bu zaman Sizə göndərilən kodu, həmçinin, təhlükəsizlik məqsədi ilə qarşı tərəfin kodunu daxil etməniz zəruridir. Bu xidmətdən yararlanarkən, yalnız 5-in mislinə bölünə bilən ədədlərdən istifadə etmək mümükün olacaq. Xidmət üzrə minimum məbləğ 5AZN, maksimum 500 AZN müəyyən edilmişdir. Tətbiq edilən komissiya minimum 1AZN və ya məbləğin 1%-i təşkil edir.

Cash By Code xidmətindən istifadə müddət 24 saatdır. Əgər təyin olunmuş müddət ərzində xidmətdən istifadə olunmazsa, müddət bitdikdən sonra məbləğ göndərilən karta və ya Pul Kisəsinə geri qaytarılacaq.

Çoxsaylı təkliflərinizi nəzərə alaraq, Pul Kisəsi xidmətinə yeni funksiya tətbiq etdik. Standart və Premim tarif üzrə istifadə etdiyiniz bu xidmətdə daha bir yenilik ürəyinizcə olacaq. İndi Pul Kisənizdən nağdlaşdırma əməliyyatını icra edəcəksiniz.

Cash By Code xidməti Sizə bu imkanı verəcək. Bu zaman  səxsi kabinetə SMS gəlir və Siz kodu daxil edərək, istədiyiniz məbləği hesabınızdan məxaric edə biləcəksiniz.

E-Pul Hesabınızda Köçürmələr bölümünə daxil olaraq, Cash By Code xidmətindən yararlana bilərsiniz.