E-Pul.az “Ödənişin nağdsız, səyahətin nağd olsun” adlı tirajlı stimullaşdırıcı lotereyaya start verir


E-Pul.az ödəmə portalı rahat və təhlükəsiz ödənişləri təmin etməklə bərabər, istifadəçilərinə bonus xallarından daha səmərəli istifadəsinə yeni imkanlar açır.

“Ödənişin nağdsız, səyahətin nağd olsun” adlı tirajlı stimullaşdırıcı lotereyaya start verir. Kampaniya 15 may 2018-ci il saat 10:00-dan – 22 iyun 2018-ci il saat:12:00-dək olan müddəti əhatə edəcək.

Lotereyanın şərtləri və uduş fondunun oynanılması qaydası:

Hər bir E-Pul istifadəçisi lotereyada iştirak edə bilər. Bunun üçün lotereya biletinə bərabər olan eyniləşdirmə nömrəsi əldə etmək lazımdır. 1 (bir) eyniləşdirmə nömrəsi 5000 (beş min) bonus xala bərabərdir.

Eyniləşdirmə nömrəsini əldə etmək üçün istifadəçi E-Pul Hesabında Bonuslar bölməsini seçir və  Lotereya bölməsinə daxil olaraq, 5000 (beş min) bonus xalını 1 (bir) eyniləşdirmə nömrəsinə dəyişə bilər. Eyniləşdirmə nömrəsinin sayına görə heç bir məhdudiyyət qoyulmayıb. Belə ki, istifadəçi bonusların sayı müqabilində eyniləşdirmə nömrəsi əldə edə bilər.

Məlumat üçün bildirək ki, istifadəçilər E-Pul.az vasitəsi ilə yerinə yetirdikləri ödəniş müqabilində bonus xala sahib olurlar.

Hər bir iştirakçı  bir neçə dəfə kod əldə etmək hüququna malikdir ki, bu da onların qalib olma şansını artırır. İstifadəçi bonusunu eyniləşdirmə nömrəsi-10 (on) rəqəmli koda dəyişərkən, bu, şəxsi kabinetdə Məktub qutusuna göndəriləcək.

Sonrakı mərhələdə 10 (on) rəqəmli kodların hər biri https://www.random.org-a daxil ediləcək.

Şəffaflığın təmin olunması məqsədi ilə qalib elektron püşkatma ilə – https://www.random.org sayt vasitəsi və Münsiflər heyətinin nəzarəti ilə seçiləcək.

Lotereyanın nəticəsində qalib gələn şəxs üçün əlavə olaraq Şəxsi kabinetə yeni kod  göndəriləcək. Həmin kod və şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək, qalib uduşuna sahib ola biləcək.

22 iyun 2018-ci il saat:15:00-da nəticələr elan olunduqdan sonra, lotereyanın qalibi olan şəxslər 90 iş günü ərzində müraciət edə bilərlər. 90 gün keçdikdən sonra, 1 ay ərzində uduşlar qaliblərə təqdim olunacaq.

“Ödənişin nağdsız, səyahətin nağd olsun” adlı tirajlı stimullaşdırıcı lotereyası  E-Pul az. saytında, onlayn qaydada, qalib isə  22 iyun 2018-ci il saat:15:00-da E-Pul.az-ın rəsmi facebook səhifəsində, canlı yayımda müəyyən olunacaq.

Lotereyanın uduş fonduna daxil olan məhsullar:

Türkiyəyə 2 nəfərlik səyahət paketi. (MARMARIS AEGEAN REGION GREEN NATURE DIAMOND 5*UAI) Səyahət paketinə daxilldir: Aviobilet, Otelə və aeroporta transver, qidalanma, sığorta.

Səyahət paketi 7 gün-8 gecə müddətini əhatə edir.

Məişət texnikası mağazasından 10 ədəd 100 AZN dəyərində hədiyyə kartı.

Qeyd:Lotereyanın uduş fondunu təşkil edən hədiyyələr nağd vəsaitə dəyişdirilmir. Hər birinizi Lotereyada iştirak

edib, şansınızı sınamağa dəvət edirik.