Bonuslar nədir və necə istifadə olunur?


shutterstock_85520578

EPUL-un unikal xidmətlərindən biri bonus hesablanmasıdır.

İstifadəçilərin çoxsaylı suallarını cavablandırmaq məqsədi ilə aşağıdakı məlumatları nəzərinizə çatdırırıq. Diqqətli olun! Mətndə linklər var.

Bonusların unikallığı onların hesablanma və xərclənmə qaydalarıdır. Belə ki, Siz hər bir ödənişə görə xüsusi cədvəl üzrə bonus alırsınız. Bu cədvəl vahid deyil və dəyişə bilər. Qeyd edək ki, bonus hesablanma qaydalarının dəyişikliyi 3-cü tərəfdən də asılı ola bilər.

Bonus xallarınızın toplanmasını gözəl qrafik vasitəsilə sayt və ya mobil tətbiqdə izləyə bilərsiniz. Həmin bonuslar yığıldıqda  müəyyən məbləğə çatan kimi Siz onları xərcləyə bilərsiniz.

Bonusların mobil tətbiqdə vizual görünüşü

Bonusların mobil tətbiqdə vizual görünüşü

Xərcləmək üçün Siz müvafiq bölümə daxil olursunuz və istədiyiniz ödənişi seçib bonusla ödəniş aparırsınız.

EPUL-da bonuslar real ödəmələrə çevrilir. Bu hədiyyə və ya şans deyil. Sadəcə real ödəmələrdir.

Bu sistemdən maksimum faydalana bilərsiniz.

Məlumat üçün bildiririk ki, Bonus sistemi ancaq qeydiyyatdan keçmiş istifadəçilər üçün nəzərdə tutulub. Saytdan istifadə etdikdə, öz hesabınıza daxil olmağı unutmayın.

Mobil tətbiqləri buradan yükləyə bilərsiniz

Google-Play-Store-Logo-1  AppStoreLogo