Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 13 avqust 2018-ci tarixli №17/2 qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2012-ci il 10 iyun tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na əlavələr olunmuşdu.
Mövcud qanunvericiliyə uyğun olaraq E-Pul onlayn ödəniş portalının xidmətində də dəyişikliklər öz əksini tapmışdır.
Belə ki, 05.09.2018-ci il tarixindən E-Pul.az-ın təqdim etdiyi Standart tarifli Pul Kisəsi xidmətində maksimum balans 50 AZN/USD deyil, 100AZN/USD təyin edildi.
Həmçinin, Virtual kartın maksimum məbləği 150 AZN deyil, 500 AZN təyin edildi.