Ödəmələrin tarixçəsi


Ödəmələrin tarixçəsi EPUL istifadəçisinin şəxsi kabinetinin bir bölməsidir. Bu bölmədə istifadəçinin EPUL sistemində qeydiyyata düşdükdən sonra etdiyi bütün ödəmələr haqqında məlumat toplanmışdır. Adi axtarışın heç bir nəticə vermədiyi halda, hər hansı konkret ödəniş barədə məlumat almaq istəyən EPUL elektron pul kisəsi sahibinin ixtiyarında bütün mümkün filtrlərin tətbiqi ilə rahat interfeys vardır. EPUL istifadəçisi zəruri ödəməni onun edildiyi tarix, şirkətin adı, məbləğ və s. filtrlər üzrə tapa bilər. Axtarılan ödənişə müraciətdən sonra əldə edilən məlumatlar aşağıdakılardan ibarətdir:
• Keçmiş dövrlər üzrə edilmiş ödənişlərin tarixi;
• Ödəniş edilmiş xidmətin adı;
• Ödəniş edilmiş xidmətin məbləği;
• Tranzaksiya həyata keçirilmiş kart barədə məlumat;
• Ödənişi almış təşkilatın adı və ya şəxsin məlumatları.

Hörmətlə, EPUL.az