Ödəniş Sisteminin rəsmi bloqu
Ödəniş Sisteminin rəsmi bloqu

SİMA ilə identifikasiya

İstifadəçilərin daha rahat və sürətli ödənişlərini təmin edən EPUL.az platforması bu istiqamətdə işlərini davamlı və uğurla icra edir. Daha çox  tələbatı olan xidmətlərdən  biri də EPUL Pul kisəsidir.

Məlum olduğu kimi Pul kisəsi xidmətindən müxtəlif tariflər üzrə yararlanmaq olar. Hazırda bu xidmət üzrə identifikasiyaya daha bir funksiya əlavə edildi. Artıq SİMA ilə identifikasiya mümkündür.

Sima mobil tətbiqində qeydiyyatdan keçmək və zəruri məlumatları təqdim etməklə bu prosesi icra edə bilərsiniz. Müracət etdiyiniz anda identifikasiyanız təsdiqlənəcək.

Bu funksiya elektron Pul kisənizdən vaxt itkisi olmadan, daha rahat yararlanmanızı təmin edəcək.