Ödəniş Sisteminin rəsmi bloqu
Ödəniş Sisteminin rəsmi bloqu

“PAYSİS”MMC -YƏ MÜDDƏTSİZ LİSENZİYA TƏQDİM EDİLDİ

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidməti istifadəçilərinə ödəniş xidmətlərini təqdim edən şəxslər Mərkəzi Bank tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərməlidir.

Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların müvafiq qanunvericilik tələbləri üzrə qiymətləndirilməsi həyata keçirilməkdədir.

Bu istiqamətdə aparılan işlər çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB) 11.07.2024-cü il tarixində ”Paysis” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim edib.