“Koronavirusla Mübarizəyə Dəstək Fondu”na vəsait köçürülmüşdür

Məlum olduğu kimi 03.04.2020-30.04.2020 tarixlərində E-Pul.az onlayn ödəniş sistemi Visa ilə birgə kampaniya keçirmişdir.
Belə ki, E-Pul.az sistemində Visa kartı ilə qeydiyyatlı və ya qeydiyyatsız şəkildə icra edilən hər bir əməliyyat üzrə, 0.25AZN məbləğ “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na köçürülməsi nəzərdə tutulmuşdur.

03.04.2020-30.04.2020 tarixlərində qüvvədə olan Kampaniya çərçivəsində E-Pul.az onlayn ödəniş sistemi tərəfindən ““Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 20 min AZN vəsait köçürülmüşdür.

Visa kartı ilə ödəniş edərək, kampaniyamıza dəstək olan hər bir istifadəçimizə təşəkkür edirik.