Ödəniş Sisteminin rəsmi bloqu
Ödəniş Sisteminin rəsmi bloqu

E-Pul.az yeni kampaniyaya start verdi

Məlum olduğu kimi, E-Pul.az ödəniş sistemi daha bir  yeniliyini təqdim etmişdir. Belə ki, E-Pul.az və Visanın birgə layihəsi nəticəsində “Lukoyl” ASC-yə məxsus yanacaqdoldurma məntəqələrində QR kodu ilə ödəniş mümkün oldu.  

Bu layihə çərçivəsində E-Pul.az platforması Visa ilə birlikdə 11.06.2020 tarixindən stimullaşdırıcı kampaniyaya start verir. Yanacağa görə QR, Visa kartı ilə ödəniş  edən hər bir E-Pul.az istifadəçisi ilk etdiyi minimum 10 AZN ödəniş edərkən 5 AZN endirim əldə edəcək. Qeyd edək ki, kampaniya bir neçə ay qüvvədə olacaq.