Faktura


Dəyərli istifadəçilər, E-Pul.az növbəti yeniliyini ixtiyarınıza verir.

Bu gündən etibarən  Faktura xidmətindən istifadə etmə imkanınız var.

Bu xidmət iki formada təqdim olunur:

Pul Kisəsi üzrə-Pul kisəmə pul köçür;

Kommunal və digər ödənişlər üzrə-Mənim borcumu ödə.

Bu xidmətdən istifadə edərək, E-Pul.az-da təqdim olunan istənilən xidmət üzrə borcunuzun ödənilməsini digər istifadəçiyə və E-Pul istifadəçisi olmayan şəxsə Faktura göndərməklə reallaşdıra bilərsiniz.

Fakturada xidmət, ödəniləcək məbləğ və Fakturanı göndərəcəyiniz istifadəçinin telefon nömrəsi qeyd olunmalıdır.

Pul Kisəsinin balansının artırılması ilə bağlı Fakturada isə mövcud Pul Kisənizə vəsaitin yatırılmasına dair E-Pul.az-ın digər istifadəçisinə Faktura göndərə bilərsiniz.

Qarşı tərəf Faktura əsasında olan ödənişləri komissiyasız yerinə yetirir və  Bonuslara sahib olur.

Fakturanın qüvvədə olma müddəti maksimum 1 ay hesab olunur.

Qarşı tərəf ödənişlərinizi yerinə yetirə və ya göndərilən Fakturadan imtina edə bilər. Həmçinin, göndərən şəxs Fakturanı dayandıra bilər.

E-Pul.az hesabınıza daxil olaraq yeni Faktura xidmətindən rahatlıqla istifadə edin.