Avtomatik ödəniş nədir?


12546211_955275381208371_233739762_oAvtomatik ödəniş – çox rahat bir xidmət növüdür. Bu servis, “E-Pul” elektron pul kisəsinin sahibi olan istifadəçiyə özünün bilavasitə iştirakı və hər hansı hərəkəti olmadan sistematik ödənişlərin avtomatik silinməsini həyata keçirməyə imkan verir. Bir qayda olaraq, bu növ ödənişlər – internet və kabel televiziyası xidmətlərinin abunə haqları, dövri kommunal xidmətlər, telefon hesablarının ödənməsi kimi sistematik ödəniş tələb edən xidmətlərin ödənməsində istifadə edilir. “E-Pul” istifadəçisinin nəinki avtomatik ödənişin dövriliyini (hər ay, hər həftə, hər gün), hətta ödənişin baş vermə vaxtını və saatını belə seçmək imkanı vardır. Əgər “E-Pul” istifadəçisi dövri ödənişləri saxlamaq qərarına gələrsə, onda bu halda onun şəxsi kabinetində müxtəlif imkanlar yaranır. Məsələn, o, hansısa müəyyən bir xidmət üzrə avtomatik ödənişi həm müvəqqəti saxlaya bilər, həm də ki, onu tamamilə avtomatik ödənişlər siyahısından çıxara bilər.