Yenilikləri ilə daim fərqlənən EPUL daha bir kampaniyasını elan edir.
Məlum olduğu kimi 14.12.2020 tarixindən EPUL ödəmə xidməti, PAŞA bank və Visa, SOCAR yanacaqdoldurma şəbəkəsində QR kod ilə ödənişlər aktiv edilmişdir. Layihənin davamı olaraq daha bir kampaniya elan edildi. Belə ki, 03.01.2021-03.02.2021 tarixlərində Socar xidməti üzrə EPUL-da ən çox əməliyyat edən 5 istifadəçiyə Socar şirkəti tərəfində 100AZN dəyərində hədiyyə kartı təqdim olunacaq.
Pandemiya şəraitində təmassız ödənişlərin daha rahat təmin edilməsinə çalışan EPUL, həm də bu ödənişlərin istifadəçilərə əlavə hədiyyələr qazandırılmasına vəsilə olur.
İstifadəçi məmnunluğuna xüsusi önəm verən “PAYSİS” MMC yeni ildə də yeni xidmət və kampaniyalarını təqdim edəcək.