E-Pul.az onlayn ödəniş platforması mütəmadi olaraq xeyriyyə aksiyaları təkil edir. Bu aksiyalardan biri də 08.11.2021-ci il tarixində keçirilmişdir. Belə ki, 8 noyabr “Zəfər Günü” münasibətilə E-Pul ilə edilən hər ödənişin 0.10 AZN-i YAŞAT Fonduna ianə olunacağı müəyyən edilmişdir. Aksiyanın yekunu olaraq “Paysis” MMC tərəfindən həmin vəsait YAŞAT Fonduna köçürülmüşdür. Hər bir istifadəçimizə təşəkkür edirik.
Tarixi Zəfəri bizə yaşadanlara və ailələrinə daim dəstək olacağımızı əminliklə bildiririk.