EPUL onlayn ödəniş platforması MasterCard sistemi ilə daha bir layihəsini təqdim edir. 06.12.2021-ci il tarixindən E-Pul.az və Masterpass sisteminin növbəti kampaniyasına start verildi.
E-Pul.az sistemində mövcud olan avtomatik ödəniş sistemi hər bir istifadəçiyə 5AZN qazanma imkanı verir.
3 ödənişini avtomatik ödənişə əlavə edən istifadəçi 5AZN endirim əldə edir.
Birinci ödənişə 1AZN endirim;
İkinci ödənişə 1AZN endirim;
Üçüncü ödənişə 3AZN endirim.
Ödənişlər yalnız Mastercarda məxsus olan kartlarla icra edilməlidir.
Hər bir avtomatik ödəniş minimum 5AZN olmalıdır.
Kampaniya Bank xidmətləri və Mağazalar şəbəkəsi ödənişləri istisna olmaqla digər xidmətlərə şamil edilir. Kampaniyadan yararlanmaq üçün əməliyyatlar mobil tətbiq vasitəsi ilə icra edilməlidir. Kampaniyadan 1 kartla və 1 hesabla yalnız bir dəfə yararlanmaq mümkündür.
Kampaniya 06.03.2022-ci il tarixinədək davam edəcək.
E-Pul.az ilə yalnız zamana deyil, pula da qənaət edin.