İstifadəçilərinə mümkün olan bütün imkanları yaratmağa çalışan EPUL portalı mütəmadi olaraq təqdim etdiyi yenilikləri ilə bu məqsədini təsdiqləyir.
Sistemdə tətbiq edilən yeni imkanların hər birinizin rəğbətlə qarşılayacağına əminik. Daha öncə EPUL sistemində yalnız Azərbaycan mobil operatorlarına məxsus nömrələrlə qeydiyyat mümkün idi. Hazırda bu imkanlar daha da genişləndirilib.
Belə ki, MDB ölkələrinə məxsus olan mobil nömrə ilə də qeydiyyat aktiv edildi. EPUL ilə məsafələr ödənişlərinizə əngəl ola bilməz.