Ödəniş Sisteminin rəsmi bloqu
Ödəniş Sisteminin rəsmi bloqu

Asan ödənişləri Apple Pay və Google Pay ilə aktivdir

Ötən il EPUL onlayn ödəniş sistemində istifadəyə verilən ASAN xidmət mərkəzində QR kodla ödəniş daha çox təlabat olan xidmətlərdəndir. Bunu nəzərə alan EPUL komandası xidmətdən yararlanma vasitələrini genişləndirir. Belə ki, hazırda Asan ödənişləri Apple Pay və Google Pay ilə aktiv edilib.

Azərbaycan ərazisində yerləşən ASAN xidmət filiallarında hər kəs bu dövlət ödənişlərini rahatlıqla ödəyə biləcək.

  • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
  • Miqrasiya xidmətləri;

EPUL sistemində qeydiyyatdan keçmədən bu ödənişi icra etmək mümkündür. Bunun üçün telefonun kamerasını QR koda yönləndirmək kifayətdir.

Ödənişin daha rahat icrasını təmin etmək üçün şərtlər:

  • ASAN xidmətdə operator xidmət göstərdikdən sonra masada quraşdırılmış QR kodu oxutmaq.
  • Ekranda məlumatlar əks edildikdən sonra ödə düyməsini sıxaraq, ödənişi icra etmək.

Xatırladaq ki, Apple Pay və Google Pay olmadan da ödəniş etmək olar. Bu halda kart məlumatları daxil etdikdən sonra ödənişin icrası mümkündür.

QEYD: Ödənişlər Azərbaycan və xarici banklara məxsus kartlarla mümkündür.

Məlumat üçün bildirək ki, VİSA kartla olan ödənişlərdə komissiya tətbiq edilməyib.

 E-Pul mobil tətbiqindən yararlanmaq üçün aşağıdakı linklərə daxil olun:

•           Android: https://play.google.com/store/apps/details?id=az.epul.technopay.android  

•           IOS: https://apps.apple.com/us/app/e-pul/id965770019?ign-mpt=uo%3D4