Ödəniş Sisteminin rəsmi bloqu
Ödəniş Sisteminin rəsmi bloqu

E-Pul Pul Kisəsi (Wallet)

E-PUL PUL KİSƏSİ (WALLET) – E-Pul portalı daha bir yeniliyini təqdim edir. Yeni xidmətimiz haqqında məlumatı diqqətinizə çatdırırıq.
E-Pul.az-da qeydiyyatdan keçərək, Pul Kisəsi yaradırsınız. MilliÖn terminallarından Elektron pul kisəsi bölümünə daxil olaraq, E-Pul.az-ı seçib və qeydiyyatda olan mobil nömrəni daxil edirsiniz.

E-Pul Pul Kisəsi balansını artırmaq iki üsulla mümkündür.

  • Kart vasitəsi ilə balans artırmaq üçün sayta daxil olaraq, kart məlumatlarını qeyd etmək lazımdır.  Azərbaycan banklarına məxsus kartlar üçün komissiya nəzərdə tutulmayıb.
  • Balansı MilliÖn terminalları vasitəsi ilə də artırmaq olar. Burada komissiya nəzərdə tutulmayıb.

E-Pul Pul Kisəsi ilə aşağıdakı əməliyyatları yerinə yetirmək olar:

  • Komissiya tətbiq edilməyən hər bir odənişi yerinə yetirə bilərsiniz – ödəniş növü kimi kart yox, Pul Kisəsindən istifadə edə bilərsiniz. Komissiyalı ödənişlərin icrası isə yalnız identifikasiyadan keçdikdən sonra mümkündür.
  • Kartdan-karta xidməti– pul köçürməsi edən zaman ödəniş növü kimi Pul Kisəsi seçib digər karta pul köçürə bilərsiniz. Məlumat üçün bildirək ki, bu funksiyadan yalnız identifikasiyadan keçən istifadəçilər yararlana bilər.
  • Pul köçürməsi – digər E-Pul istifadəçisinin elektron pul kisəsinə pul köçürmə mümkündür. Bu köçürmə zamanı heç bir komissiya ödənilmir.
  • Nağdlaşdırma-İdentifikasiyadan keçən istifadəçilər pul kisəsindən karta vəsait köçürərək əməliyyatı icra edə  bilərlər.

Xidmət üzrə 3 tarif planı mövcuddur: Minimal, Gündəlik, Peşəkar

        Minimal tarif planı:

  • Komissiya tətbiq edilməyən ödənişləri icra  etmək mümkündür
  • Balansın maksimal həddi – 300AZN
  • İllik limit – 3000AZN

Gündəlik tarif planı:

  • Balansın maksimal həddi – məhdudiyyət  yoxdur
  • İllik limit – 20 000AZN
  • Pul kisəsindən digər pul kisəsinə köçürmə imkanı – məhdudiyyət yoxdur
  • Pul kisəsindən digər Azərbaycan banklarına məxsus kartlara (VİSA/MC) köçürmə imkanı – məhdudiyyət  yoxdur
  • BANKÇILIQ kateqoriyasında ödəmə imkanı – məhdudiyyət  yoxdur
  • ÖDƏNİŞ SİSTEMLƏRİ kateqoriyasında ödəmə imkanı – məhdudiyyət  yoxdur
  • MAĞAZALAR ŞƏBƏKƏSİ kateqoriyasında ödəmə imkanı – məhdudiyyət  yoxdur
  • Əlavə komissiya olduqda xidmətlərin ödənilməsi imkanı – məhdudiyyət  yoxdur
  • Nağdlaşdırma – məhdudiyyət  yoxdur

Peşəkar tarif planı:

  • Balansın maksimal həddi – məhdudiyyət yoxdur
  • İllik limit – məhdudiyyət yoxdur
  • Pul kisəsindən digər pul kisəsinə köçürmə imkanı – məhdudiyyət yoxdur
  • Pul kisəsindən Azərbaycan banklarına məxsus kartlara (VİSA/MC) köçürmə imkanı – məhdudiyyət yoxdur
  • BANKÇILIQ kateqoriyasında ödəmə imkanı – məhdudiyyət  yoxdur
  • ÖDƏNİŞ SİSTEMLƏRİ kateqoriyasında ödəmə imkanı – məhdudiyyət yoxdur
  • Əlavə komissiya olduqda xidmətlərin ödənilməsi imkanı – məhdudiyyət  yoxdur
  • Nağdlaşdırma – məhdudiyyət  yoxdur

İDENTİFİKASSİYA üçün aşağıdakı metodlar mövcuddur:

  • Tətbiq vasitəsi ilə
  • Ofisə gəlmək
  • Ünvana çatdırılma
  • ASAN imza

DİQQƏT!

  • Pul kisəsi balansını 300 AZN-dən yuxarı artırmaq üçün identifikasiyadan keçməlisiniz!
  • Bank kartına pul köçürmək üçün identifikasiyadan keçməlisiniz!
  • Bank kartına pul köçürmək üçün gündəlik limit 1000 AZN
  • Azərbaycan kartları üçün əməliyyat zamanı komissiya tutulmur! Xarici kartlar üçün komissiya 1% min 1AZN

ВНИМАНИЕ!

  • Для пополнения баланса кошелька более чем на 300 AZN необходимо пройти идентификацию!
  • Для перевода средств на банковскую карту необходимо пройти идентификацию!
  • Дневной лимит перевода средств на банковскую карту 1000 AZN
  • Для карт Азербайджана комиссия не взимается! Для иностранных карт, комиссия 1% мин 1AZN

ATTENTION!

  • To replenish your wallet balance for more than 300 AZN, you need to go through identification!
  • To transfer funds to a bank card, you must go through identification!
  • Daily limit for transferring funds to a bank card 1000 AZN
  • No commission is charged for Azerbaijan cards! For foreign cards, commission 1% min 1AZN