Dəyərli istifadəçilər, E-Pul.az-da Pul Kisəsi vasitəsi ilə yerinə yetirəcəyiniz ödənişləri daha təhlükəsiz etmək üçün yeni üsul təklif edirik.
Əgər əvvəllər Pul Kisəsi ilə ödəniş edərkən OTP kod istifadə edilirdisə, hazırda Google Authenticator proqramının təsdiq etdiyi kod vasitəsi ilə təhlükəsizliyinizi bir daha təmin etmiş olursunuz. Bunun üçün E-Pul Hesabına daxil olaraq, Hesablarım bölümündə CVV 3ds Tənzimləmələrini seçirsiniz. Açılan pəncərənin sol panelində Google Authenticator yerləşir.
Google Authenticator- Pul Kisəsi (Wallet) ilə yerinə yetirilən ödənişlər üçün iki addımlı yoxlanış mexanizmidir. Bu zaman məlumatlar serverdə deyil, yalnız cihazda saxlanılır. Bu mexanizm, 3D təhlükəsiz təsdiq kodlarını SMS vasitəsi ilə göndərməkdən daha təhlükəsizdir.
Məlumat üçün bildirək ki, E-Pul.az saytı vasitəsi ilə Hesabınıza daxil olarkən Google Authenticator proqramının təsdiq etdiyi koddan istifadə edə bilərsiniz.
Bunun üçün Google Authenticator proqramını yükləyərək aktiv etməniz zəruridir. Ödənişlərinizi E-Pul.az vasitəsi ilə daha təhlükəsiz yerinə yetirin.