Dəyərli istifadəçilər, Sizin rahat, təhlükəsiz ödənişinizə münbit şərait yaratmağa çalışan E-Pul.az növbəti yeniliyini təqdim edir. Belə ki, E-Pul.az-dan istifadə indi daha rahat oldu.
E-Pul Hesabınıza daxil olarkən, müxtəlif səhifələrdə yerləşən məlumatlar bir səhifədə-Cihaz menyusunda qarşınızda olacaq.
Cihaz menyusuna müraciət edərkən, aşağıdakı məlumatları əldə etmə imkanınız olacaq:
Profil, Mesajlar, Qrumlara rahatlıqla daxil ola bilərsiniz.
Pul Kisəniz haqqında zəruri məlumatlar-AZN və USD balansınız, bu xidmətlə etdiyiniz ödənişlər haqqında;
Borclar bölümündə-bütün xidmətlər üzrə mövcud olan borclar haqqında;
Bonuslar bölümündə-Bonus istifadəsi, Tarixçə və Bonus mağaza ilə bağlı bütün məlumatlar;
E-Pul.az-da təqdim olunan bütün xidmətlər;
Seçilmiş ödənişlər haqqında;
Fakturalar-daxil olan və göndərilənlər haqqında;
Ani menyuda-Yeni ödəniş, Tarixçə, Köçürmələr, Avtomatik ödənişlər, Virtual Kart, Bonus mağazası haqqında məlumat;
Mobil Tətbiqdən yararlan bölümündə bütün zəruri məlumatlar;
Statistikanı əks etdirən cədvəldə-son 7 ay ərzində Pul Kisəsi və kart vasitəsi ilə aparılan ödənişlər;
Ödənişlərin payı- müxtəlif kateqoriya üzrə olunan ödənişlər haqqında;
Ödəmə üsullarının payı-ödənişlərin kart və ya Pul Kisəsi vasitəsi ilə olması haqqında;
Pul Kisəsi xidmətinin bütün funksiyaları;
Dostunu dəvət et xidməti.
Qeyd olunan bütün məlumatlarla bir səhifədə tanış olma və istifadə etmə imkanınız olacaq. E-Pul.az-dan istifadə bu qədər rahat oldu.
Ödənişlərinizi E-Pul.az vasitəsi ilə yerinə yetirin və “Rahatlıq nədir?” sualının cavabını sevimli potralınızda tapın.