Dəyərli istifadəçilər, E-Pul.az-ın ixtiyarınıza verdiyi xidmətlərdən biri olan Pul Kisəsi vasitəsi ilə ödəniş edərkən daha bir üstünlüyə malik olacaqsınız. Belə ki, 29.01.2018-ci il tarixindən E-Pul Pul Kisəsinə sahib olan hər bir istifadəçi, E-Pul.az-ın təqdim etdiyi xidmətləri (Bank xidmətləri istisna olmaqla) Pul Kisəsi vasitəsi ilə ödəyərkən, 10% əlavə Bonus xala sahib olacaq.
Təqdim edilən yenilik Standart və Premium tarif planı üzrə mövcud olan hər bir Pul Kisəsinə şamil edilir.
Pul Kisəsi yaradın və sevimli portalınızın təqdim etdiyi üstünlüklərə Siz də sahib olun.