Ödəmələrin tarixçəsi (Tarixçə) E-Pul istifadəçisinin məlumat əldə edəcəyi bir bölümdür. Bu bölmədə istifadəçinin E-Pul sistemində qeydiyyata düşdükdən sonra etdiyi bütün ödəmələr haqqında məlumat toplanmışdır. Adi axtarışın heç bir nəticə vermədiyi halda, hər hansı konkret ödəniş barədə məlumat almaq istəyən E-Pul istifadəçisinin ixtiyarında bütün mümkün filtrlərin tətbiqi ilə rahat interfeys vardır. E-Pul istifadəçisi zəruri ödəməni onun edildiyi tarix, şirkətin adı, məbləğ və s. filtrlər üzrə tapa bilər. Axtarılan ödənişə müraciətdən sonra əldə edilən məlumatlar aşağıdakılardan ibarətdir:
• Keçmiş dövrlər üzrə edilmiş ödənişlərin tarixi;
• Ödəniş edilmiş xidmətin adı;
• Ödəniş edilmiş xidmətin məbləği;
• Tranzaksiya həyata keçirilmiş kart barədə məlumat;
• Ödənişi almış təşkilatın adı və ya şəxsin məlumatları.