Bonuslar – E-Pul-da hesabı olan istifadəçilər üçün əlavə qazanc imkanıdır! Etdiyiniz hər ödənişdə müəyyən məbləğdə Bonus xalları hesabınıza köçürülür və yığılmış bonuslarla kommunal və mobil ödənişləri edə bilərsiniz. Lakin özəlliklər bununla bitmir! “Onlayn mağaza”-da yerləşən elektron aksesuarlardan tutmuş, böyük məişət texnikasına qədər, bir sözlə, bütün malları bonus xallarına dəyişərək əldə edə bilərsiniz.
Borclar – hər hansı bir xidmət üzrə borcunuzu öyrənmək və ya ödəmək üçün “seçilmişlər” bölməsinə ödənişi əlavə edin. Beləliklə xidmət üzrə borcunuz yarandıqda siz bildiriş alaraq məlumatlı olacaqsınız.
Avtomatik ödəniş – Bu servis E-Pul istifadəçisinə özünün birbaşa iştirakı olmadan ödənişləri avtomatik həyata keçirməyə imkan verir. Müxtəlif xidmətlər üzrə – kommunal xidmətlər, internet və kabel televiziyası üzrə abunə haqları və ya mobil operator üçün avtomatik ödəniş təyin etmək mümkündür. Siz istənilən saatda aylıq, həftəlik və hətta günlük ödənişlər təyin etməklə işinizi xeyli asanlaşdıracaqsız! Həmçinin bu ödənişləri arzu olunan zaman söndürmək və ya silmək mümkündür.
Kartın qeydiyyatı – Bu, E-Pul-da hesabı olan istifadəçilər üçün yaradılmış rahatlıqlardan biridir! Kart məlumatlarının daim əl ilə daxil edilməsi kimi üzücü bir proseduru maksimum sadələşdirmək üçün sadəcə “Hesablarım” və ya “Kartlarım” bölümünə daxil olaraq bir dəfə kart məlumatlarını daxil etməklə kartı “Masterpass” təhlükəsizlik mühitində yaddaşa salmaq mümkündür.
Ödəmələrin tarixçəsi – Burada hesabı olan istifadəçilərin etdiyi bütün ödəmələr əks olunur. Hər hansı konkret ödəniş barədə məlumat almaq istəyirsinizsə ixtiyarınızda bütün mümkün filtrlərin tətbiqi ilə rahat interfeys vardır. Ödənişi edildiyi tarix, xidmətin adı, məbləğ və s. filtrlər üzrə tapa bilərsiniz.
Ayrıca hər ödənişin sonunda qəbz verilir və “tarixçə” bölümündə axtardığınız ödənişlər qəbz şəklində əks olunur. Burada isə ödənişin:
- tarixi;
• xidmətin adı;
• köçürülən məbləğ;
• əməliyyatı həyata keçirilmiş kart barədə məlumat;
• Ödəniş üzrə aldığınız Bonus xalları.
Seçilmiş ödənişlər – Şəxsi kabinetdə yerləşdirilmiş bu xidmət sizə tez-tez istifadə olunan ödənişləri daha əlçatar edir! Artıq hesab nömrələrini saxlamağa lüzum yoxdur – ilk dəfə ödəniş edərkən “seçilmişlərə əlavə et” xanasını qeyd etməklə funksiyanı aktiv etmiş olacaqsınız. Eyni zamanda xidmət üzrə borcunuz yarandıqda və avtomatik ödəniş yerinə yetirildikdə bu bölmədə siz bildiriş alacaqsınız.
Dostunu Dəvət Et – Burada Siz Şəxsi linki sosial şəbəkələrdə paylaşa və ya dostlarınıza göndərə bilərsiniz. Dostlarınızı E-Pul.az-ın xidmətlərindən yararlanmağa dəvət edərək, bonuslara sahib olarsınız. Hər bir istifadəçi dəvət olunan dosta görə dərhal 1000 bonus xalı qazanır. Həmçinin, ilk 3 ay ərzində hər dəvət olunan dostun yerinə yetirdiyi ödənişlərə görə qazandığı bonusun 10%-nə sahib olacaqsınız!
Kartdan-Kartda – E-Pul.az Azərbaycanda ilk dəfə, bank olmayan təşkilat olaraq, ölkə üzrə ani plastik kart köçürmələrini həyata keçirmişdir. Kartdan-karta xidmətində istifadəçilərin valyuta (AZN, USD və EUR) seçimi var. Pul köçürmələri bütün Azərbaycan banklarının kartları ilə mümkündür. Kartdan-karta xidmətinin komissiyası 1.5%, minimum 1 AZN təşkil edir.
E-PUL PUL KİSƏSİ (WALLET) – E-pul-da şəxsi hesabı olan hər bir kəs elektron pul kisəsini aktivləşdirə bilər! Beləliklə sizin nağd pul vasitəsilə E-pul sistemində ödəniş etmək imkanınız yaranır. Bunun üçün E-Pul.az-da qeydiyyatdan keçərək, Pul Kisəsi yaradırsınız. MilliÖn terminallarından Elektron pul kisəsi bölümünə daxil olaraq, E-Pul-u seçib və qeydiyyatda olan mobil nömrəni daxil edirsiniz.
E-Pul Pul Kisəsi balansını artırmaq iki üsulla mümkündür. Kart vasitəsi ilə balans artırmaq üçün sayta daxil olaraq, kart məlumatlarını qeyd etmək lazımdır. Hər iki üsulda heç bir komissiya nəzərdə tutulmayıb.
E-Pul Pul Kisəsi ilə aşağıdakı əməliyyatları yerinə yetirmək olar:
Komissiya tətbiq edilməyən hər bir odənişi yerinə yetirə bilərsiniz. (Ödəniş sistemləri, bankçılıq, mağazalar şəbəkəsi kateqoriyalarında ödəmə imkanı – məhduddur)
Pul köçürməsi – digər E-Pul.az istifadəçisinin elektron pul kisəsinə pul köçürmə mümkündür. Bu köçürmə zamanı heç bir komissiya ödənilmir. Məlumat üçün bildirək ki, bu funksiyadan yalnız identifikasiyadan keçən istifadəçilər yararlana bilər.
Kartdan-karta – Pul Kisəsindən digər karta pul köçürmək üçün ödəniş üsulu kimi Pul kisəsini seçməyiniz yetərlidir. Məlumat üçün bildirək ki, bu funksiyadan yalnız identifikasiyadan keçən istifadəçilər yararlana bilər.
E-Pul Pul Kisəsi üzrə 2 tarif planı mövcuddur: Standart və Premium.
Standart tarif planında maksimum balans 100 AZN, birdəfəlik istifadə limiti isə yoxdur.
Premium tarif planında isə bütün limitlər ləğv olunur. Bu tarif planına keçid etmək üçün aşağıdakı identifikasiya metodlarından istifadə edə bilərsiniz: Ofisə gəlmək, İdentifikasiyanı kuryer vasitəsilə sifariş etmək və Asan İmza.
E-Pul Pul Kisəsi ilə edilən ödənişlərə görə bonuslara sahib olacaqsınız. Həmçinin, bütün ödənişlər və məlumatlarınızı tam təhlükəsizliklə təmin olunur. Hər bir istifadəçini rahatlıq və məmnunluğuna xidmət edəcək E-Pul Pul Kisəsindən yararlanmağa dəvət edirik.
Faktura. Bu xidmətdən istifadə edərək, E-Pul.az-da təqdim olunan istənilən xidmət üzrə borcun ödənilməsini digər istifadəçiyə Faktura göndərməklə reallaşdırmaq olar.
Bu xidmətdən iki formada yararlanmaq olar:
Pul Kisəsi üzrə – “Pul kisəmə pul köçür”;
Kommunal və digər ödənişlər üzrə – “Mənim borcumu ödə”.
Birinci formada hesabınızdakı Pul Kisəsinə vəsaitin köçürülməsinə dair E-Pul-un digər istifadəçisinə Faktura göndərmək olar. İkinci formada isə, Fakturada xidmət, ödəniləcək məbləğ və Fakturanın göndəriləcəyi istifadəçinin qeydiyyat nömrəsi qeyd olunmalıdır.
Qarşı tərəf Faktura əsasında olan ödənişləri komissiyasız yerinə yetirir və Bonuslara sahib olur. Fakturanın qüvvədə olma müddəti maksimum 1 ay hesab olunur. Qarşı tərəf ödənişləri yerinə yetirə və ya göndərilən Fakturadan imtina edə bilər. Həmçinin, göndərən şəxs Fakturanı dayandıra bilər.