Lukoil Yanacaqdoldurma məntəqələrində ödəmə imkanı

Sektorunun innavatoru olan E-Pul.az ödəniş sistemi daha bir ilkə imza atdı. E-Pul.az və Visanın birgə layihəsi nəticəsində “Lukoil” ASC-yə məxsus yanacaqdoldurama məntəqələrində QR kodu ilə ödənişi təmin etdi.  İstifadəçilər E-Pul.az-ın mobil əlavəsi vasitəsilə QR kodu ilə   Bakıda yerləşən “Lukoyl” ASC-yə məxsus yanacaq doldurma məntəqələrində ödənişlərini yerinə yetirəcəklər.

İstifadəçilər rahat və təhlükəsiz ödəniş üçün aşağıdakıları etməlidir:

  1. E-Pul.az mobil əlavəsini yükləmək.

Android: https://play.google.com/store/apps/details?id=az.epul.technopay.android

IOS: https://apps.apple.com/us/app/e-pul/id965770019?ign-mpt=uo%3D4

  • Kartı qeydiyyatdan keçirmək  və təhlükəsiz sistemə əlavə etmək.
  • Operator kassada çeki əldə etdikdən sonra, yanacaq sütununa quraşdırılmış QR kodunu skan etmək.
  • Mobil tətbiqetmədə yanacaq doldurmaq üçün qeyd olunan məbləğ əks ediləcək.
  • Bir toxunuşla vəsait kartdan silinir və bu əməliyyat E-Pul Hesabında Tarixçə bölməsində  əks edilir.
  • Eyni zamanda kassadan uğurlu ödənişin çekini əldə etmək mümkündür.

Xidmətin üstünlüyü ondan ibarətdir ki, istifadəçinin POS terminala, operatorun isə ödəməni qəbul etmək üçün terminal ilə sürücüyə yaxınlaşmağa ehtiyacı olmur. Beləliklə, fiziki əlaqə yaranmır və ötürmə qabiliyyəti xeyli artır.