İstənilən mövsümdə istirahət üçün Azərbaycanın dilbər guşələrini və ödəniş üçün sevimli portalınızı seçin. Otellər və Turizm kateqoriyasında təqdim olunan xidmətlərə vaxt itkisinə yol vermədən ödəniş edin. Qiymətli vaxtınızı vətənimizin gözəl məkanlarından zövq almağa və sevdiklərinizlə istirahətə həsr edin. Sizin rahatlığınız daha önəmlidir.
Yearly Archives: 2019
Dəyərli istifadəçilər, Nəqliyyat kateqoriyasına əlavə edilmiş Sürücülər üçün ödənişlərdən yararlana bilərsiz. Bu xidmət üzrə sistem tərəfindən komissiya tətbiq edilməyib. Hər 1 AZN ödənişə 100 bonus xalı təqdim olunur. Müxtəlif taksi xidmətlərinin ödənişlərini rahatlıqla E-Pul.az-da edə bilərsiz. https://www.e-pul.az/epay/az/category/transport
Dəyərli istifadəçilər, nağdsız ödənişlərinizə daha bir ödəniş əlavə olundu. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ödənişlərini sevimli portalınızda edə bilərsiz. Vaxta qənaət edin və bonus xallara sahib olun. Bu xidmət üzrə komissiya 0.5%-0.40AZN təşkil edir. Hər 1 AZN ödənişə 100 bonus xalı təqdim olunur. Bankçılıq kateqoriyasında müvafiq bölməyə daxil […]
Dəyərli istifadəçilər, E-Pul.az Mobil əlavəsi ilə Parkinq kateqoriyasına daxil olaraq “Garage” Azərbaycan prospekti, 28 Mall, Port Baku Mall, Gənclik Mall ödənişlərini yerinə yetirə bilərsiz. Qeyd edilən parkinqlərdən sizə təqdim edilən çekqə əks olunan Barkodu (barcode) oxuyandan sonra ödənişi rahatlıqla edib, bonus xallar qazanacaqsız.
Dəyərli istifadəçilər, E-Pul.az portalında İpək Yolu Sığorta ödənişlərini onlayn şəkildə yerinə yetirərək, Bonus xallara sahib ola bilərsiz. Ödəniş üçün Sığorta kateqoriyasında İpək Yolu Sığorta ödənişləri bölməsinə daxil olmanız zəruridir: https://bit.ly/2JnhDaD
20.03.2019 – 26.03.2019 tarixlərini әhatә edәn “İkiqat Novruz” kampaniyası çәrçivәsindә etdiyiniz hər ödəniş sizə 2x bonus qazanacaqsınız. Bu bonusları REAL ÖDƏNİŞLƏRƏ dəyişə bilərsiniz😉 *bank ödənişləri istisnadır.
TV ödənişlərə daha bir neçə ödəniş əlavə edildi. K22, Digiturk TV, Baktelecom İP TV, Clip TV ödənişlərinizi sevimli portalınızda vaxt itirmədən edin.
Nağdsız ödənişlərinizin sayı artmaqda davam edir. AR Meliorasiya və Su Təsərrüfatı ASC ödənişlərini E-Pul.az saytında edib bonuslarınızın üzərinə yeni xallar əlavə edin. Ödəniş üçün Kommunal xidmətlər kateqoriyasından Meliorasiya bölməsini seçin.
“PAYSİS” MMC müasir texnologiyaların inkişafına və müştəri məmnuniyyətinin artırılmasına xüsusi önəm verərək, növbəti yeniliyini təqdim etdi. Beləliklə, mobil, stasionar və ya kommunal ödənişlərin təcili yerinə yetirilməsi üçün artıq şəxsi məlumatlara çıxış tələb edən xüsusi proqramlara və saytların əlverişsiz mobil veb interfeysinə ehtiyac yoxdur. Facebook Messenger istifadəçiləri E-Pul.az ödəniş sisteminin […]
Dəyərli istifadəçilər, nağdsız ödənişlərinizə daha bir ödəniş əlavə edildi. Dayanma, durma (parkovka), parklanma cərimələrinin ödənişlərini Cərimələr kateqoriyasından Bakı Nəqliyyat Agentliyini seçərək, E-Pul.az-da yerinə yetirin və Bonuslarınıza yeni xallar əlavə edin.
Dəyərli istifadəçilər, daha rahat ödənişiniz üçün sevimli portalınızdan Sizin üçün gözlədiyiniz bir yenilik. Belə ki, artıq DYP cərimələrinizi E-Pul.az vasitəsilə yerinə yetirə bilərsiniz. Bunun üçün Cərimələr kateqoriyasında Daxili İşlər Nazirliyi bölməsinə daxil olun. Cərimə protokolunun seriya və nömrəsini daxil edin. Ödənişlərinizi rahatlıqla yerinə yetirin.