Ödəniş Sisteminin rəsmi bloqu
Ödəniş Sisteminin rəsmi bloqu

E-Pul mobil tətbiqinin iOS istifadəçilərinin nəzərinə


E-Pul.az mobil tətbiqinin iPhone istifadəçilərinin nəzərinə! AppStore də son yenilənmə nəticəsində yeni funksiya əlavə olunub. Bu funksiya proqramı açma kodunu yığması əvəzinə barmaq izi skanerləri ilə təchiz olunmuş smartfonlarda Touch İD vasitəsi ilə açılmasından ibarətdir. Lakin ilk yenilənmə zamanı (27.10.2016) istifadə olunan telefonlarda müəyyən problemlər baş verdi. Belə ki, proqram həm Touch İD, həm də kodun yığılmasını tələb edir. Yeni yüklənmiş və qoşulmuş proqramlarda bu problemlər artıq aradan qaldırılıb (27.10.2016 tarixindən sonra). Bu, fingerprint (barmaq izi) məlumatının Sizin telefonun yaddaşındakı şəxsi kodla sinxronizə olunmaması ilə əlaqədardır. Bu məqam 02.11.2016-cı il tarixdə çıxan yenilənmədə öz həllini tapacaq. Ancaq indi bu çətinliklə rastlaşan istifadəçilər asanlıqla problemi aşağıdakı qaydada həll edə bilərlər.Belə ki, Siz E-Pul.az proqramını açarkən “Şifrəni unutmuşam” düyməsini basaraq smartfonunuzu yenidən E-Pul.az mobil tətbiqində qeydiyyatdan keçirirsiniz. Bu, E-Pul.az saytında qeydiyyat deyil, sadəcə smartfon qeydiyyatıdır.E-Pul.az mobil tətbiqində qeydiyyatdan keçmək üçün aşağıdakı videonu təqdim edirik.Bu əməliyyatı edərək və yenidən mobil tətbiqi qeydiyyatdan keçirdikdən sonra kod və barmaq izi məlumatı sinxronlaşdırılacaq və problem aradan qalxacaq.

Nəzərinizə çatdırmaq istərdik ki, gələn həftənin çərşənbə günü (02.11.2016) AppStorda çıxan yenilikdə bu məsələ həllini tapacaq, eyni zamanda Mobil tətbiqin Android OS sistemli smartfonları üçün də yenilik buraxılacaq (Google PlayStore) və barmaq izi skanerləri ilə təchiz olunan Android smartfonları da bu funksiyanı istifadə edə biləcəklər.